...

Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək (SİYAHI)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2013 15:22 (UTC +04:00)
Oktyabrın 26-27-də Bakı şəhərinin 7 rayonunda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək.
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək (SİYAHI)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend/

Oktyabrın 26-27-də Bakı şəhərinin 7 rayonunda ənənəvi olaraq kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarmarkaya 400 tondan artıq kənd təsərrüfatı məhsulu çıxarılacaq. Qiymətlər bazar qiymətlərindən orta hesabla 20-30% aşağı olacaq və əsasən mövsümü məhsullar üstünlük təşkil edəcək.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2006-cı ildən bu günə qədər 772 yarmarka keçirilib və ümumilikdə 163 427 ton məhsul satılıb.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

1. Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin həyəti
2. Xətai rayonunda "Bakı" kinoteatrının yanı
3. Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi
4. Nəsimi rayonunda "Təzə bazar"ın ərazisi, 3-cü mikrorayon, "Tovuz-Baltiya LTD"nin ərazisi
5. Səbail rayonunda Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı
6. Suraxanı rayonunda Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı
7. Yasamal rayonunda Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında

Məqalədə:
Xəbər lenti

Xəbər lenti