...

Azərbaycanda investisiya layihələrinin maliyyələşdirilməsinə təqribən 250 milyon manat güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2013 15:35 (UTC +04:00)
Bu gün Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib.
Azərbaycanda investisiya layihələrinin maliyyələşdirilməsinə təqribən 250 milyon manat güzəştli kredit verilib

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə Xəzər rayonunun Mərdəkan qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində 17 sahibkarlıq subyektinə 676 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər, əsasən, çörək istehsalı, tərəvəzçilik, heyvandarlıq, tikişçilik, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması 50-ə yaxın yeni iş yerinin açılmasına imkan verir.

Tədbirdə iştirak edən sahibkarlarla Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, onlara müasir çörək zavodunun və kiçik həcmli istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fond tərəfindən respublika üzrə sahibkarlıq subyektlərinin 3760 çox investisiya layihəsinin maliyyələşdirilməsinə 249 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 10 700-ə yaxın iş yerinin yaradılmasına imkan verir.

Diqqətə çatdırılıb ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 631 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər 5000-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır.

Tədbir çərçivəsində, həmçinin Binə qəsəbəsində güzəştli kredit verilmiş istixana konstruksiyaları və qida sənayesi avadanlıqlarının istehsalı zavodunun tikinti-quraşdırma işlərinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti