...

Bakı metrosunun yeni stansiyaları arasındakı birləşmə dəhlizi tamamlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2013 17:47 (UTC +04:00)
Bakı Metropoliteninin tikilməkdə olan "Avtovağzal" stansiyasını şərti adı "Memar Əcəmi-2" ("Cavadxan") stansiyası ilə bağlayacaq sahədə son inşaat mərhələsinə başlanılıb.
Bakı metrosunun yeni stansiyaları arasındakı birləşmə dəhlizi tamamlanıb (FOTO)

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Bakı Metropoliteninin tikilməkdə olan "Avtovağzal" stansiyasını şərti adı "Memar Əcəmi-2" ("Cavadxan") stansiyası ilə bağlayacaq sahədə son inşaat mərhələsinə başlanılıb.

Trend Metropolitenin rəsmi saytına istinadən məlumat verir ki, həm də Yaşıl xəttə keçid funksiyası daşıyacaq "Memar Əcəmi-2", ümumiyyətlə, metropoliten tarixində inşaat, quraşdırma, forma, məzmun və funksionallığı ilə fərqlənəcək bir stansiya olacaq. Artıq əraziyə eskalatorlar daşınıb və onların quraşdırılması üçün ilkin quraşdırma meydançasının tam təhvil verilməsinə az müddət qalıb.

Artıq kompleksinin ümumi uzunluğu 167 metrə yaxın olan stansiyanın inşa olunduğu ərazidə abadlıq işlərinin yerinə yetirilməsi məqsədilə ilkin işlərə də başlanılıb.

Bənövşəyidən Yaşıl xəttə keçid funksiyasını daşıyacağından "Memar Əcəmi" stansiyasına keçid məsələləri də həllini tapmalıdır. Bu səviyyədə əsas işlər artıq görülüb. İki stansiya arasındakı birləşmə dəhlizinin tikintisi başa çatdırılıb, izolyasiya və müvafiq bərkitmə yerinə yetirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti