...

Azərbaycan dənli bitkilərin toxumları bazarında idxaldan asılılığını aradan qaldırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2013 19:31 (UTC +04:00)
Azərbaycan dənli bitkilərin toxumları bazarında idxaldan asılılığını aradan qaldırıb. Trend-in məlumatına görə, bunu cümə günü kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təşkil edilən tədbirdə çıxışı zamanı deyib.
Azərbaycan dənli bitkilərin toxumları bazarında idxaldan asılılığını aradan qaldırıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbirlər A.Axundov, H.Vəliyev/

Azərbaycan dənli bitkilərin toxumları bazarında idxaldan asılılığını aradan qaldırıb. Trend-in məlumatına görə, bunu cümə günü kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təşkil edilən tədbirdə çıxışı zamanı deyib.

İ.Quliyevin sözlərinə görə, bu gün ən vacib problemlərdən biri daxili istehsal hesabına əhalini bioloji təmiz məhsullarla təmin etməkdir: "Bunun üçün intensiv texnologiyaları tətbiq etmək, yüksək məhsuldarlı toxum və tinglərdən istifadə etmək lazımdır. Hesablamalar göstərir ki, 2007-ci ildə ölkədə 128 628 ton buğda və yulaf toxumu istehsal edildiyi halda, bu göstərici cari ildə 194 500 tona (tələbat 191 300 ton təşkil edib) çatdırılıb. Bu dinamika ölkənin toxum idxalından asılılığının aradan qaldırılmasına gətirib çıxarıb".

O bildirib ki, toxum bazarında asılılığın aradan qaldırılması nəticəsində, 2003-cü ildə Azərbaycanda 2 milyon taxıl istehsal edildiyi halda, bu göstərici 2012-ci ildə 2,8 milyon tona çatıb: "O cümlədən, buğda istehsalı 1,5 milyon tondan 1,85 milyon tona çatıb. Kartof istehsalı 769 mindən 968,5 min tonadək, tərəvəz istehsalı 1 milyondan 1,216 milyon tona, bostan bitkilərinin istehsalı 356,7 mindən 428 min tonadək, meyvə istehsalı 572,1 mindən 810 min tonadək, üzüm istehsalı isə 65 mindən 151 min tonadək artıb".

İ.Quliyevin sözlərinə görə, 2003-cü ildə adambaşına düşən taxılın miqdarı (təmizləmədən sonra) 246 kiloqram təşkil edirdisə, ötən il bu rəqəm 292 kiloqram olub: "Hesabat dövründə adambaşına düşən kartof istehsalı 94-dən 104 kiloqramadək, tərəvəz 128-dən 130 kq-dək, bostan bitkiləri 44-dən 46 kq-dək, şəkər çuğunduru (sənaye emalı üçün) 16-dan 19 kq-dək, meyvə və giləmeyvə 70-dən 87 kq-dək, ət 23-dən 30,5 kq-dək, süd 143-dən 183 kq-dək, yumurta isə 83 ədəddən 131,1 ədədək artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti