...

Azərbaycan Avropa Dindirmə və İstintaq Xidmətləri Rəhbərləri Şurasını dirçəltməyi təklif edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 11:58 (UTC +04:00)
Azərbaycan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) vitse-prezidenti qismində Avropa Dindirmə və İstintaq Xidmətləri Rəhbərləri Şurasının fəaliyyətini canlandırmağı təklif edib.
Azərbaycan Avropa Dindirmə və İstintaq Xidmətləri Rəhbərləri Şurasını dirçəltməyi təklif edib

Azərbaycan, Bakı, 7 noyabr / Trend, müxbir A.Axundov /

Azərbaycan Ümumdünya Gömrük Təşkilatının (ÜGT) vitse-prezidenti qismində Avropa Dindirmə və İstintaq Xidmətləri Rəhbərləri Şurasının fəaliyyətini canlandırmağı təklif edib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev cümə axşamı MDB üzvü olan dövlətlərin Gömrük xidmətləri rəhbərləri Şurasının Hüquq mühafizə bölməsi rəhbərləri komitəsinin X iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu məqsədlə DGK noyabrın 25-26-da Skopyedə (Makedoniya) tədbir keçirəcək. Artıq 37 ölkənin gömrük xidmətləri nümayəndələri tədbirdə iştirak etmək arzusunda olduqlarını bildirib.

Görüşdə gömrükçülərlə yanaşı iri şirkətlərin nümayəndələri də iştirak edəcəklər.

Gündəlikdə duran əsas məsələlər gömrük hüquq pozucuları, narkotik maddələrin, tütün məmulatlarının və s. qanunsuz dövriyyəsi ilə mübarizə olacaq.

Azərbaycan DGK bu ilin iyununda ÜGT-nin vitse-prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti