...

Bakıda ictimai nəqliyyatda yeni gedişhaqqı sisteminin tətbiqi vaxtı açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 14:28 (UTC +04:00)
Bu ilin sonunadək Bakıda ictimai nəqliyyatda gedişhaqqının kart sistemi ilə ödənilməsinin tətbiqinə başlanılacaq.
Bakıda ictimai nəqliyyatda yeni gedişhaqqı sisteminin tətbiqi vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir E.İsmayılov/

Bu ilin sonunadək Bakıda ictimai nəqliyyatda gedişhaqqının kart sistemi ilə ödənilməsinin tətbiqinə başlanılacaq. Bu barədə cümə axşamı Trend-ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

Daha əvvəl isə yeni sistemə keçidə sentyabrda başlanılacağı bildirilirdi.

Onun sözlərinə görə, ictimai nəqliyyatda yeni ödəniş sisteminin tətbiqi vaxtının dəyişdirilməsi kartların hesablanması üzrə validatorların (kart aparatı) gətirilməsində və sistemin sinxronlaşdırılması prosesində yaranan yubanmalarla bağlıdır.

N.Həsənov vurğulayıb ki, cüzi yubanmalara baxmayaraq, bu layihə çərçivəsində işlər davam edir: "Kart ödəniş sisteminin tətbiqinin birinci mərhələsinin bu ilin sonunadək həyata keçirilməsi planlaşdırılır".

Şöbə müdiri bildirib ki, tətbiq edilən sistem işlərin dəqiq görülməsini tələb edir və buna görə də müəyyən qədər yubanma məqbuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti