...

HRC şirkətinin təşəbbüsü ilə “Baku HR Experience” konfransı keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2013 11:14 (UTC +04:00)
HRC şirkətinin təşəbbüsü ilə “Baku HR Experience” konfransı həyata keçirildi.
HRC şirkətinin təşəbbüsü ilə “Baku HR Experience” konfransı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

HRC şirkətinin təşəbbüsü ilə "Baku HR Experience" konfransı keçirildi.

İnsan resursları üzrə tanınmış HRC şirkəti Konfransın Platin Sponsoru qismində çıxış etdi.

Konfrans Azərbaycanda keçirilən ilk beynəlxaq HR tədbirdi və Azərbaycan və Gürüstandan olan 180 nümayəndə iştirak etmişdir.

"Baku HR Experience" Konfransında Gazprom, Coca Cola, Expedia, Statoil və digər tanınmış beynəlxalq şirkətlərdən olan HR mütəxəssisləri Azərbaycanın ən iri şirkətlərinin HR mütəxəssisləri ilə bir araya gələrək dünyadakı ən son trendlər və problemlər haqqında müzakirə aparmışdırlar.

P World tərəfindən təşkil olunan, Platin Sponsor olaraq İnsan Resursları şirkəti HRC, Qızıl Sponsor olaraq isə Nar Mobile mobil operatoru tərəfindən dəstəklənən Baku HR Experience konfransı 4-5 Noyabr tarixlərində Four Seasons mehmanxanasında keçirilmişdir. Tədbirin"Ən Yaxşı İşəgötürən" şirkəti kimi Paşa Bank çıxış etmişdir.

Tədbiri giriş sözü ilə açan HRC şirkətinin Baş Direktoru Jəmilə Bayramova qonaqları salamlamış və tədbirin önəmindən söz açmışdır. Çıxış üçün söz alan HRC şirkətinin HR və təşkilati inkişafı üzrə məsul şəxs olan Yeganə Məmmədova isə insan resursları sahəsinin tarixindən danışmış, Azərbaycanda insan resursları sahəsinin keçmişi və gələcəyi, o cümlədən bu sahənin gələcək perspektivləri haqqında qonaqları məlumatlandırmışdır. İnsan resursları sahəsində kadr çatışmazlığından söz açan xanım Məmmədova, bu sahədə təhsilin imkanlarından danışmışdır.

Tədbirdə həmçinin Azerfon (Nar Mobile) şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva da çıxış etmiş, və Azerfon şirkətinin insan resursları strategiyası və bu sahədəki prioritetlərindən bəhs etmişdir.

Konfransda həmçinin Azərbaycanda ilk dəfə olaraq "Excellence in HR" mükafatlandırma mərasimi keçirilmişdir. Mükafatlar Azərbaycan bazarında HR sahəsinin ən yaxşı mütəxəssislərinə, komandalarına və strategiyalarına görə təqdim olunmuşdur. Belə ki, "BP Azerbaijan" iri şirkətlər arasında, "Əmrahbank" ASC isə ortamiqyaslı şirkətlər arasında "İlin HR komandası" nominasiyası üzrə qalib olmuşlar. "Ata Holding" Şirkətlər Qrupunun insan resursları üzrə direktoru Könül Əkbərova isə "İlin HR siması" seçilmişdir.

Qeyd etmək lazımdır ki, İnsan Resursları sahəsində böyük təcrübəsi olan HRC şirkəti işə götürmə və insan resursları sahəsində xidmət göstərən öndəgedən şirkət olaraq İşə Götürmə, əməkdaşlarla iş, konsaltinq, təlimlərin keçirilməsi, təşkilatın inkişafı sahəsində xidmət göstərir. Şirkət öz müştəriləri gəlirlərinin artırılmasında strateji funksiyası olaraq HR üzərində ixtisaslaşmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti