...

Hotellər gələn qonaqlara görə məsuliyyət daşımalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2013 16:22 (UTC +04:00)
DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış "Master Class Session" layihəsi çərçivəsində keçirilən tədbirlər noyabrın 7-də "Kempinski Badamdar Hoteli"nin baş meneceri Pyer Staşer tərəfindən "Welcome to Kempinski "A Collection of individuals" mövzusunda aparılan görüşlə davam edib.
Hotellər gələn qonaqlara görə məsuliyyət daşımalıdır

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə hazırlanmış "Master Class Session" layihəsi çərçivəsində keçirilən tədbirlər noyabrın 7-də "Kempinski Badamdar Hoteli"nin baş meneceri Pyer Staşer tərəfindən "Welcome to Kempinski "A Collection of individuals" mövzusunda aparılan görüşlə davam edib.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra hotellərin, o cümlədən Central Park, Old City İnn, Guest House İnn, Astoria Baku, Böyük Qala, Konsul, Diplomat, Du Port, Monolit, Nemi, Kiçik Qala, Grand Hotel Europe, Atropat, Comfort İnn, Atropat və digərlərinin rəhbərləri iştirak ediblər.

Tədbir zamanı 1897-ci ildən fəaliyyət göstərən "Kempinski" hotellər şəbəkəsinin yaranma tarixi, bu brendin yaradıcıları, brendin coğrafiyası və dünya hotelçilik bazarında tutduğu yer haqqında bəhs olunub. Qeyd edilib ki, "Kempinski" hotelləri qonaqlara yüksək səviyyəli xidmətlər göstərərək lüks seqmentinə aid müəssisələrdir. Sonda hotel üzrə tur aparılaraq təklif edilən xidmətlərlə tanışlıq keçirilib.

Aparılan diskussiyalar zamanı tədbir iştirakçıları tərəfindən bir sıra suallara toxunulub, o cümlədən Azərbaycana gələn turistlər üçün viza alınma qaydalarının asanlaşdırılması zərurəti qeyd edilib. Hotellər və Restoranlar Assosiasiyasının nümayənddəri hesab edirlər ki, hotellər qonaqlara görə onların ölkədə qaldıqları müddət ərzində məsuliyyət daşısalar və bunu dövlət qurumları vizaların verilməsi üçün əsas hesab etsələr, proseslər xeyli asanlaşa bilər. Bu məsələ ilə əlaqədar Assosiasiyanın İdarə Heyəti tərəfindən aidiyyəti dövlət təşkilatlarına müvafiq müraciətlərin hazırlanması məsləhət görülüb.

Tədbirin partnyoru qismində "Print Art Document Centre" şirkəti iştirak edib. "Print Art Document Centre" çap məhsulları bazarında qabaqcıl yer tutur.

DAİR Hotellər və Restoranlar Assosiasiyası göstərilən köməyə və layihədə aktiv iştiraklarına görə P.Staşer və "Kempinski Badamdar Hoteli"nin bütün kollektivinə dərin təşəkkürünü bildirir.

Qeyd edək ki, hazırkı layihə dünya şöhrətli brend hotellərin və restoranların rəhbər əməkdaşları, orta və kiçik hotellərin və ictimai iaşə müəsissələrinin rəhbərləri, o cümlədən digər təcrübəli peşəkarlar arasında təcrübə və fikir mübadiləsi aparmaq məqsədilə hazırlanıb. Layihənin rəhbəri Aysel İmranı və Assosiasiyanın icraçı direktoru Əhməd Pənayevin sözlərinə görə, bu tədbirlər cari ilin sonunadak davam edəcək və digər şəbəkə hotellərin nümayəndələri və qonaqpərvərlik sənayesinin peşəkarları tərəfindən master-klassların və təqdimatların keçirilməsini nəzərdə tutur. Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation; http://www.linkedin.com/groups/DAIR-Hotels-Restaurants-Association) vasitəsilə yayılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti