...

Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2013 20:53 (UTC +04:00)
2013-cü il noyabrın 25-də ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinin Azərbaycana ticarət missiyası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir A.Axundov/

2013-cü il noyabrın 25-də ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinin Azərbaycana ticarət missiyası çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ biznes forumu keçiriləcək.

AZPROMO-dan Trend-ə verilən məlumata görə, biznes foruma kimya sənayesi, energetika, əczacılıq, alternativ və bərpa olunan enerji sektorlarından 15-dən artıq ABŞ iş adamının qatılacağı gözlənilir.

Tədbirlə bağlı əlavə məlumat almaq istəyənlər əlaqəli şəxs- Ramin Vəliyevlə əlaqə saxlaya bilərlər: tel.: 012 5980147/48 və ya 4371142, daxili: 123, 108, 120; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti