...

Azərbaycanda Masallı rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 13:45 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il noyabrın 15-də Masallı rayonunun Ərkivan kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Azərbaycanda Masallı rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Əiyev /

Sahibkarlığa Kömək Milli Fondu 2013-cü il noyabrın 15-də Masallı rayonunun Ərkivan kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Trend-in məlumatına görə, bu barədə fonddan daxil olan məlumatda deyilir.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Masallı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:

- kiçik və ya orta həcmli çörək istehsalı müəssisələrinin yaradılması;
- kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması;
- kiçik həcmli tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Məqalədə:
Xəbər lenti

Xəbər lenti