...

"Akkord" Korporasiyasının buraxdığı korporativ istiqrazlardan 18 milyon manatlıq istiqraz artıq yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2013 16:08 (UTC +04:00)
"Akkord" Korporasiyası tərəfindən buraxılmış 50 milyon manatlıq korporativ istiqrazlardan 15 milyon manat məbləğində istiqraz "AtaBank" Açıq Səhmdar Cəmiyyəti, 3 milyon manat məbləğində istiqraz isə "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən əldə edilib və müvafiq olaraq yerləşdirilib.
"Akkord" Korporasiyasının buraxdığı korporativ istiqrazlardan 18 milyon manatlıq istiqraz artıq yerləşdirilib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

"Akkord" Korporasiyası tərəfindən buraxılmış 50 milyon manatlıq korporativ istiqrazlardan 15 milyon manat məbləğində istiqraz "AtaBank" Açıq Səhmdar Cəmiyyəti, 3 milyon manat məbləğində istiqraz isə "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən əldə edilib və müvafiq olaraq yerləşdirilib. Bu barədə Trend-ə korporasiyadan məlumat verilib.

Xatırladaq ki, buraxılışı Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi tərəfindən 4 noyabr 2013-cü il tarixdə qeydiyyata alınmış "Akkord" Korporasiyasının korporativ istiqrazlarının ikinci emissiyası çərçivəsində hər birinin nominal dəyəri 1 000 manat, məcmu nominal dəyəri 50 milyon manat, gəlirlik dərəcəsi isə 11,75% təşkil edən 50 min ədəd istiqrazlar dövriyyəyə buraxılıb.

Yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək istiqrazların dövriyyə müddəti 3 il təşkil edir.

"Akkord" Korporasiyasının buraxdığı istiqrazların satışının təşkil edilməsi məqsədilə market-meyker qismində "Azərbaycan Beynəlxalq Bankı" ASC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti