...

"PAŞA Həyat" vəfat etmiş şəxsin ailəsinə 12 min manata yaxın sığorta ödənişi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2013 11:02 (UTC +04:00)
Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirib.
"PAŞA Həyat" vəfat etmiş şəxsin ailəsinə 12 min manata yaxın sığorta ödənişi verib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Azərbaycanın ən iri həyat sığortaçısı olan "PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə daha bir iri həcmli ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat" tərəfindən sığortalı müəssisənin işçisi istehsalat zamanı baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Baş vermiş hadisə barədə qanunvericiliyin tələblərinə uyğun məlumatlar toplanaraq "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması Qaydası"na müvafiq olaraq, "PAŞA Həyat" tərəfindən vəfat etmiş şəxsin ailəsinə 11,579 min manat həcmində birdəfəlik ödəniş verilib.

Qeyd edək ki, 2013-ci ilin əvvəlindən başlayaraq "PAŞA Həyat Sığorta" tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ödənişlərin verilməsi halları artıb. Belə ki, bu ilin yanvar-oktyabr aylarında sözügedən sığorta növü üzrə 650 min manata yaxın sığorta ödənişi həyata keçirilib ki, bu da 2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 dəfə çoxdur.

"PAŞA Holding" şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Cari ilin 10 ayı üzrə şirkət yığımlarının (28,378 mln.manat), həmçinin nizamnamə kapitalının (25,200 mln. manat) həcminə görə Azərbaycanın həyat sığortası bazarının lideridir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, hətta sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti