...

AİB: Azərbaycan paytaxtı üçün nəqliyyat proqnozlaşdırılması modeli hazırlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2013 12:46 (UTC +04:00)
2014-cü ildə Bakıda nəqliyyat infrastrukturları problemlərinin araşdırılması davam etdiriləcək, eləcə də bu sahədə müxtəlif həllərin təhlili üçün nəqliyyat proqnozlaşdırılmasının çoxmodallı modeli hazırlanacaq.
AİB: Azərbaycan paytaxtı üçün nəqliyyat proqnozlaşdırılması modeli hazırlanacaq

Azərbaycan, Bakı, 18 dekabr /Trend, müxbir E.Əliyev/

2014-cü ildə Bakıda nəqliyyat infrastrukturları problemlərinin araşdırılması davam etdiriləcək, eləcə də bu sahədə müxtəlif həllərin təhlili üçün nəqliyyat proqnozlaşdırılmasının çoxmodallı modeli hazırlanacaq. Bu barədə Asiya İnkişaf Bankının (AİB) şəhərsalma üzrə mütəxəssisi Devid Marqonştern Azərbaycanın Nəqliyyat Nazirliyinin nümayəndələri ilə AİB mütəxəssislərinin keçirdikləri məsləhətləşmələr zamanı bəyan edib.

Tədbir Bakının nəqliyyat infrastrukturundakı mövcud problemlərin müzakirəsinə həsr olunub. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yaydığı məlumatda deyilir.

Marqonştern deyib: "Avtomobil dayanacaqlarının tikintisi strategiyasının yaradılması, nəqliyyat axınının idarə olunması tədbirləri, strateji nəqliyyat dəhlizləri üçün sürət avtobuslarının ictimai tranzit sisteminin yaradılması, paytaxtın yol şəbəkəsinin və yol ayrıclarının inkişafı, şəhərdə tıxacların qarşısının alınması və nəqliyyat sisteminin yüklənməməsi üçün ictimai velosipedlər şəbəkəsinin yaradılması və digər innovativ tədbirlər haqqında təkliflər hazırlanacaq".

Görüşə sədrlik edən nəqliyyat nazirinin müavini Musa Pənahov aparılan tədqiqatların mühümlüyünü qeyd edib və hazırlanan təklif və planların paytaxt nəqliyyatı sahəsində problemlərin həllinə kömək edəcəyinə ümidini ifadə edib.

Bundan başqa, məsləhətləşmələr zamanı AİB-in texniki dəstək göstərəcəyi proqramın hazırlığı üçün seçilmiş Fransa konsaltinq şirkətinin ilkin hesabatı təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti