...

"Amrahbank" bəzi ticarət şəbəkələri ilə birgə yeni depozit kampaniyasına başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2013 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

"Amrahbank" yaranma tarixinin 20 illiyi münasibətilə Bazarstore, İdeal, My Brands və Optimal Elektroniks magazalar şəbəkələri ilə birlikdə 26.12.2013 - 31.01.2014 tarixlərində əmanətçilər üçün çox faydalı olan "Əmanət Sizdən - Hədiyyələr Bizdən" kampaniyasını həyata keçirir.

Kampaniya müddətində "Amrahbank"da 5000 AZN və yuxarı məbləğdə əmanət hesabı açan müştərilər yüksək əmanət faizi (15.8%-dək) ilə yanaşı, kampaniyanın partnyorları olan Bazarstore, İdeal, My Brands və Optimal Elektronics magazalar şəbəkəsinin alış-veriş kartlarını da qazanacaqlar.

Kampaniyanın şərtlərinə görə:

- 5000-9999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazarstore kartı;

- 10000-19999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazarstore və 50 AZN məbləğində İdeal kartı;

- 20000 - 29999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazarstore, 50 AZN məbləğində İdeal kartı və 100 AZN məbləğində MY BRANDS kartları;

- 30000-39999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 50 AZN məbləğində Bazastore, 50 AZN məbləğində İdeal, 100 AZN məbləğində MY BRANDS, 100 AZN məbləğində Optimal Electronics kartları;

- 40000 - 49999 AZN məbləğində əmanət hesabı açan müştəriyə 100 AZN məbləğində Bazarstore, 100 AZN məbləğində İdeal, 100 AZN məbləğində MY BRANDS, 100 AZN məbləğində Optimal Electronics kartları;

- 50000 AZN və yuxarı məbləğində əmanət hesabı açan müştəriyə 100 AZN məbləğində Bazarstore, 100 AZN məbləğində İdeal, 100 AZN məbləğində MY BRANDS, 200 AZN məbləğində Optimal Electronics kartları hədiyyə ediləcək.

Məlumat üçün bildiririk ki, kampaniya yalnız Lider, Güvən və Daxıl əmanətlərinin müştərilərinə şamil edilir.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti