...

ABŞ-ın "ShoreCap II Ltd." fondu "TuranBank"ın səhmdarı olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2014 13:09 (UTC +04:00)
"TuranBank"ın 2012-2015-ci illər üzrə Strateji Planının əsas hədəflərindən biri banka xarici investisiya kapitalının cəlb olunması idi.
ABŞ-ın "ShoreCap II Ltd." fondu "TuranBank"ın səhmdarı olub

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

"TuranBank"ın 2012-2015-ci illər üzrə Strateji Planının əsas hədəflərindən biri banka xarici investisiya kapitalının cəlb olunması idi.

Bankdan Trend-ə verilən məlumata görə, bu istiqamətdə bir neçə beynəlxalq şirkətlə aparılan danışıqların nəticəsi olaraq, aktivlərin idarə edilməsi sahəsində ABŞ-da fəaliyyət göstərən "Equator Capital Partners LLC" şirkəti tərəfindən idarə olunan investisiya fondu "ShoreCap II Ltd." ötən ilin sonunda "TuranBank"ın Bakı Fond Birjasında yerləşdirdiyi 4 milyon 154 manat dəyərində 3697 ədəd adi, adlı, sənədsiz səhmlərinin 3028 ədədini əldə edərək bankın səhmdarları sırasına qatılıb.

"TuranBank"ın yeni səhmdarı olan "ShoreCap II Ltd." fondunun əsas fəaliyyət istiqaməti Asiya və Afrika qitələrində inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklara, mikromaliyyə institutlarına və qeyri-bank maliyyə təşkilatlarına investisiya qoyuluşlarıdır.

Qeyd edək ki, son səhm emissiyası nəticəsində "TuranBank" nizamnamə kapitalını 10% artırıb. Nizamnamə kapitalının artırılması Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətdə olan bankların məcmu kapitalının 50 milyon manata çatdırılması haqqında 25 iyul 2012-ci il tarixli qərarının icrasına yönəlib. Səhm emissiyasından sonra 30.12.2013-cü il tarixinə bankın məcmu kapitalı 50,7 milion manat təşkil etməklə Mərkəzi Bankın son tələbinə uyğunlaşdırılıb.

"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri təklif edir. Bank "Muştuluq" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini 9% endirib. Bundan sonra adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz və arayışsız bankın istənilən filialında əldə etmək mümkündür.

TuranBank "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. "TuranBank"ın "MasterCard" məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, "Card to Card", "Mobil Bankçılıq", "Cash by Code" və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda) və 19 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti