...

Əli Babacan: Türkiyədə dolların məzənnəsinin artması müvəqqətidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 16:50 (UTC +04:00)
Türkiyədə dolların məzənnəsinin yüksəlməsi müvəqqəti xarakter daşıyır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.
Əli Babacan: Türkiyədə dolların məzənnəsinin artması müvəqqətidir

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə dolların məzənnəsinin yüksəlməsi müvəqqəti xarakter daşıyır. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, ABŞ valyutasının bahalaşması hazırda təkcə Türkiyədə deyil, Rusiya və Latın Amerikası ölkələrində də müşahidə edilir.

Baş nazirin müavini qeyd edib ki, dolların məzənnəsinin artması ölkə iqtisadiyyatına təsir etməyəcək.

Türkiyə Mərkəzi Bankının məlumatına əsasən, yanvarın 24-nə olan rəsmi məzənnə 2,2741 TRY/USD təşkil edir ki, bu da son 10 ildə rekord göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti