...

Türkiyə lirəsinin məzənnəsi dollara nisbətən rekord səviyyədə aşağıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2014 15:14 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankının səylərinə baxmayaraq, Türkiyə lirəsinin məzənnəsi dollara nisbətən rekord səviyyədə aşağıdır.
Türkiyə lirəsinin məzənnəsi dollara nisbətən rekord səviyyədə aşağıdır

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Mərkəzi Bankının səylərinə baxmayaraq, Türkiyə lirəsinin məzənnəsi dollara nisbətən rekord səviyyədə aşağıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Türkiyənin "Hurriyet Daily News" qəzeti xəbər verir.

Qəzetin məlumatına görə, türk lirəsinin məzənnəsinin aşağı düşməsi ölkədə korrupsiya əleyhinə aparılan əməliyyatlarla bağlıdır.

Bir müddət əvvəl Baş nazirin müavini Əli Babacan ölkədə ABŞ dollarının bahalaşmasının müvəqqəti hal olduğunu bildirmişdi.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, yanvarın 24-də rəsmi məzənnə 2,3142TRY/USD səviyyəsində olub ki, bu da son 10 il ərzində rekord göstəricidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti