...

Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə 460 milyon dollardan çox vəsait ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2014 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Bakı-Tbilisi-Qars dəmiryolu marşrutunun yaradılması layihəsini maliyyələşdirməyə başlamasından etibarən 464,1 milyon dollar ayrılıb. Trend-in məlumatına görə, bu barədə ARDNF-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, 2013-cü ildə ARDNF-nin bu layihənin reallaşdırılmasına ayırdığı məbləğ 32,7 milyon dollar, 2012-ci ildə isə 151,5 milyon dollar olub.

Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanan sazişə uyğun olaraq, Azərbaycan Beynəlxalq Bankı vasitəsilə ölkənin Nəqliyyat Nazirliyinə ayrılan vəsait "Marabdi-Kartsaxi dəmiryolu" MMC-yə köçürülüb. MMC Türkiyə ilə sərhəd Marabda dəmiryolu sahəsinin və müvafiq infrastruktur obyektlərin layihələndirilməsi, tikintisi, bərpa edilməsi və istismara verilməsi məqsədilə yaradılıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası saziş əsasında tikilir. Azərbaycan dəmiryolun Gürcustan sahəsinin tikintisi üçün 775 milyon dollar dəyərində kredit ayırıb. Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 105 kilometr uzunluğunda yeni dəmiryol magistralı xəttinin tikilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti