...

Vergilər Nazirliyi: Gələn il Azərbaycanda könüllü vergi ödənişinin səviyyəsi 80 faizi ötəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 14:06 (UTC +04:00)
Vergilər Nazirliyi 2015-ci ilədək könüllü vergi ödənişi səviyyəsinin 82-85 faizədək artırılmasını hədəfləyib.
Vergilər Nazirliyi: Gələn il Azərbaycanda könüllü vergi ödənişinin səviyyəsi 80 faizi ötəcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A. Axundov/

Vergilər Nazirliyi 2015-ci ilədək könüllü vergi ödənişi səviyyəsinin 82-85 faizədək artırılmasını hədəfləyib. Trend-in məlumatına görə, bunu cümə axşamı vergilər nazirinin müşaviri Ələkbər Məmmədov "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2010-cu ildə vergi ödəyicilərinin 3 faizi vergidən yayınıb, 27 faizi qismən yayınıb, vergi ödəyicilərinin 70 faizi könüllü ödəniş edib: "Nazirlik 2015-ci ilədək müvafiq olaraq iki - 13-15 və 82-85 faizlik göstəricilərə nail olmaq niyyətindədir".

Ə.Məmmədov qeyd edib ki, 2003-cü ildə Nazirliyin xətti ilə dövlət büdcəsinə daxil olan gəlirlərin 0,01 faizi istintaq yolu ilə, 35,1 faizi icbari inzibati tədbirlər hesabına təmin edilib, 64,9 faizi isə könüllü ödənilib: "2010-cu ildə bu gösrtəricilər müvafiq olaraq, 0,01, 39,5 və 60,5 faiz təşkil edib. Nazirlik 2010-cu ildə vergi borclarının səviyyəsini 16,8 faizədək, 2013-cü ildə 10 faizədək azaltmağa nail olub".

Müşavir könüllü vergi ödənişinin artımına əngəl törədən problemlər arasında əhalinin vergilərə dair normativ-hüquq aktları və bu sahədə informasiya texnologiyalarının imkanları haqqında biliklərinin məhdud olmasını vurğulayıb: "Əhali arasında vergi mədəniyyətinin tam formalaşdırılmasına vergi sisteminin formal xarakter daşıdığı keçmiş sovet düşüncəsi mane olur".

O qeyd edib ki, Nazirlik bu problemləri həll etmək məqsədi ilə əhalinin maarifləndirilməsi üzrə işləri davam etdirmək və "Onlayn-müəllim" xidmətini işə salmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti