...

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2014 10:34 (UTC +04:00)
Fevralın 10-da səhər Bakı Metropolitenində qatarların hərəkətində yaranmış problemin səbəbi qatarlardan birindəki texniki nasazlıq olub.
Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir H.Vəliyev/

Fevralın 10-da səhər Bakı Metropolitenində qatarların hərəkətində yaranmış problemin səbəbi qatarlardan birindəki texniki nasazlıq olub. Bu barədə bazar ertəsi səhər Trend-ə Bakı Metropolitenindən bildiriblər.

Metropolitendən deyildiyi kimi, texniki nasazlıq nəticəsində qatarın əyləc sistemi avtomatik olaraq işə düşüb.

Təlimata görə, sərnişinlərin nasaz qatara mindirilməsi qəti qadağandır və qatar təcili olaraq depoya göndərilib.

Metropolitendən bildirilib: "Hazırda qatarların hərəkətində yaranmış problem tam şəkildə aradan qaldırılıb və metro normal rejimdə çalışır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti