...

Ankarada yeni metro xətti açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 13:27 (UTC +04:00)
Fevralın 12-də Türkiyənin paytaxtı Ankarada metropolitenin yeni xətti istismara verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.
Ankarada yeni metro xətti açılıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir R.Hafizoğlu/

Fevralın 12-də Türkiyənin paytaxtı Ankarada metropolitenin yeni xətti istismara verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər yayıb.

Metronun yeni "Batıkent-Sincan" xəttinin açılışında Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.

Tikintisi 2012-ci ilin fevralından başlayan Ankara metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edir. Metronun yeni xəttinə 11 stansiya birləşdirilib.

Ankara metropoliteni 1996-cı ildə istismara verilib. Paytaxtın metro xəttinin ümumi uzunluğu 60,4 kilometrdir. Ankara metropoliteni 22 stansiyadan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti