...

İran və Türkmənistan enerji və bank sahəsində əməkdaşlıqları müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2014 11:21 (UTC +04:00)
İran və Türkmənistan enerji və bank sahəsində əməkdaşlıqları müzakirə edəcək.
İran və Türkmənistan enerji və bank sahəsində əməkdaşlıqları müzakirə edəcək

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir T.Cəfərov/

İran və Türkmənistan enerji və bank sahəsində əməkdaşlıqları müzakirə edəcək. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.

Məlumata əsasən, bu məqsədlə Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Tehrana səfər edib.

Meredovu səfərdə Türkmənistanın bank sistemi və enerji sektorunda çalışan rəsmilər və şirkət nümayəndələri müşaiyət edir.

İki günlük səfər çərçivəsində Meredov iranlı həmkarı Məhəmməd Cavad Zərif və digər rəsmilərlə iki tərəfli əlaqələrin inkişaf etdirilməsi sahəsində müzakirələr aparacaq.

Türkmənistan XİN başçısının İranın digər rəsmiləri ilə də görüşləri nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti