...

İcbari Sığorta Bürosuna ilk dəfə həyat sığortası şirkəti qoşulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2014 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend, müxbir A.Axundov/

"Paşa Həyat Sığorta" ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığortaçıların reyestrinə daxil edilib. Bu barədə Trend Büroya istinadən məlumat verir.

"Paşa Həyat Sığorta" istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü həyata keçirmək üçün İSB-nin iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

Bununla da "Paşa Həyat Sığorta" İSB-nin 13-cü iştirakçı şirkəti olub. Bundan başqa, İSB-yə Paşa Sığorta, Atəşgah Sığorta Şirkəti, Standard Insurance Sığorta Şirkəti, AtaSığorta, Xalq Sığorta, AXA MBASK Sığorta Şirkəti, Azsığorta, Alfa Sığorta, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti, Meqa Sığorta, İpək Yolu Sığorta və Azərbaycan Sənaye Sığorta daxildir.

Qeyd edək ki, yaxın vaxtlarda "Atəşgah Həyat" və "Qala Həyat" şirkətlərinin də İSB-yə qoşulması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti