...

AİB Azərbaycanda mikromaliyyələşdirmənin inkişafı üçün texniki köməyi təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2014 18:27 (UTC +04:00)
Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycanda mikromaliyyələşdirmə sektorunun inkişafı üçün texniki köməyi təsdiqləyib.
AİB Azərbaycanda mikromaliyyələşdirmənin inkişafı üçün texniki köməyi təsdiqləyib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycanda mikromaliyyələşdirmə sektorunun inkişafı üçün texniki köməyi təsdiqləyib. Bu barədə Trend bankın rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir: "300 min dollar həcmində texniki kömək aşağı gəlirli fiziki şəxslər və kiçik sahibkarların maliyyə xidmətlərinə çıxışını genişləndirəcək".

Bundan başqa, maliyyə sektoruna dəstək üzrə tərəfdaşlıq fondundan 300 mindən çox dollar ayrılacaq. AİB-in nəzdində fəaliyyət göstərən fond Lüksemburq hökuməti tərəfindən dəstəklənir.

Texniki kömək maliyyə inklyuzivliyi ilə vəziyyətin müəyyənləşdirilməsi və müvafiq qiymətləndirmələrin aparılması üzrə hesabatın hazırlanmasını, Azərbaycan Mərkəzi Bankına və maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi strategiyasının icrası ilə bağlı yol xəritəsinin digər strukturlarına təqdim edilməsini nəzərdə tutur.

Texniki kömək çərçivəsində 3 beynəlxalq və 2 yerli məsləhətçinin cəlb edilməsi nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, AİB maliyyə inklyuzivliyi üzrə siyasət və strategiyanın inkişafında, informasiyaya çıxışla bağlı vəziyyətin yaxşılaşdırılmasında Azərbayacana yardım edəcək: "Bu siyasət yeni xidmətlərə, ödənişlər, əmanətlər, mikrolizinq və s. sahələrə strateji investisiyalar cəlb etməyə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti