...

ƏƏSMN yanvarda 1900 nəfərdən çox işsiz vətəndaşı işlə təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2014 12:10 (UTC +04:00)
Cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 1905 nəfər münasib işlərlə təmin olunub.
ƏƏSMN yanvarda 1900 nəfərdən çox işsiz vətəndaşı işlə təmin edib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Cari ilin yanvar ayı ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 1905 nəfər münasib işlərlə təmin olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu müddətdə 160 nəfər işsiz və işaxtaran vətəndaş mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, 13 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən 179 nəfəri qadın olmaqla 314 nəfər müvəqqəti xarakterli iş yerlərinə göndərilib.

Cari ilin yanvar ayı ərzində Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən 552 nəfərə işsiz statusu verilib, 621 nəfərə isə işsizlik müavinəti təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti