...

Dövlət Sığorta Nəzarəti Xidməti "Royal Sığorta" və "Günay Sığorta"nın lisenziyalarının bərpasını mümkün hesab edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2014 13:37 (UTC +04:00)
"Royal Sığorta" və "Günay Sığorta" şirkətləri altı ay ərzində ümumi kapitalı Maliyyə Nazirliyinin minimum tələblərinə uyğun səviyyəyə çatdıra bilsələr, öz lisenziyalarını bərpa edə bilərlər.
Dövlət Sığorta Nəzarəti Xidməti "Royal Sığorta" və "Günay Sığorta"nın lisenziyalarının bərpasını mümkün hesab edir

Azərbaycan, Bakı, 7 mart / Trend, müxbir A.Axundov /

"Royal Sığorta" və "Günay Sığorta" şirkətləri altı ay ərzində ümumi kapitalı Maliyyə Nazirliyinin minimum tələblərinə uyğun səviyyəyə çatdıra bilsələr, öz lisenziyalarını bərpa edə bilərlər. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

Maliyyə Nazirliyinin qərarı ilə həmin sığorta şirkətlərinin fəaliyyət lisenziyaları fevralın 24-dən dayandırılıb.

Sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, şirkətin fəaliyyət lisenziyalarının dayandırılmasına səbəb olmuş çatışmazlıqların aradan qaldırılması üçün altı ay müddət verilir. Xəlilov deyib ki, bu hüquqa "Royal Sığorta" və "Günay Sığorta" şirkətləri də malikdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti