...

EY-ın Azərbaycandakı İdarəedici Partnyoru cənab İlqar Vəliyev Azərbaycan İnvestisiya Sammitində iştirak etdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2014 17:54 (UTC +04:00)
EY Azərbaycan 12 mart 2014-cü il tarixində “Four Seasons” otelində “The Economist” jurnalının təşkilatçılığı ilə keçirilmiş Azərbaycan İnvestisiya Sammitinin Qızıl sponsorudur. Cənab İlqar Vəliyev səriştə və təhsilin davamlı iqtisadi inkişaf üçün əsas vasitə olması ilə bağlı qrup müzakirələrində iştirak etdi
EY-ın Azərbaycandakı İdarəedici Partnyoru cənab İlqar Vəliyev Azərbaycan İnvestisiya Sammitində iştirak etdi (FOTO)

EY Azərbaycan 12 mart 2014-cü il tarixində "Four Seasons" otelində "The Economist" jurnalının təşkilatçılığı ilə keçirilmiş Azərbaycan İnvestisiya Sammitinin Qızıl sponsorudur. Cənab İlqar Vəliyev səriştə və təhsilin davamlı iqtisadi inkişaf üçün əsas vasitə olması ilə bağlı qrup müzakirələrində iştirak etdi.

Azərbaycan İnvestisiya Sammiti Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsinə dair imkanları müzakirə etmək üçün 150-dən artıq siyasətçi, şirkət direktorları, investorlar və QHT nümayəndələrindən ibarət olan beynəlxalq auditoriyanı bir araya gətirdi.

15-dən artıq yüksək səviyyəli iştirakçı və 10-dan artıq ölkədən olan 52 beynəlxalq nümayəndə heyəti, eləcə də hökumət, sənaye, elm və təhsil dairələrdən olan digər nüfuzlu liderlər Azərbaycanda əsas bazar tendensiyalarını, strateji perspektivləri, investisiya və inkişaf imkanlarını müzakirə etmək üçün bir yerə toplaşdılar.

12 mart tarixində keçirilən sammit zamanı sənayenin ən uğurlu liderləri investorların gözləməli olduqları risk ssenarilərini xülasə etdilər və Xəzərin ən iri bazarlarından birinin investisiya imkanlarını qiymətləndirdilər.

İlqar Vəliyev, təhsil naziri cənab Mikayil Cabbarov, xarici işlər nazirinin müavini cənab Hafiz Paşayev və "JTI Caucasus" şirkətinin baş direktoru cənab Pol Hollovey ilə birlikdə "Səriştə və təhsil Azərbaycanın perspektiv kadr ehtiyatının inkişafının rəhnidir" adlı qrup müzakirələrində iştirak etdi.

İlqar Vəliyev ölkənin davamlı iqtisadi inkişafında və rəqabətə yararlığında insan kapitalının rolunun öyrənilməsinə dair öz fikirləri ilə bölüşdü: "EY Azərbaycan ölkənin davamlı inkişafına töhfə verməkdə maraqlıdır. Ölkənin artan uğurunu nəzərə alaraq biz başa düşürük ki, Azərbaycanın iş nəticələrini yaxşılaşdırmaq və həm hökumətin, həm də investorların işgüzar fəaliyyətinin effektivliyini artırmaq üçün kifayət sayda təcrübəli peşəkarlara ehtiyacı var."

O, həmçinin əlavə etdi ki, EY Azərbaycanın ən böyük töhfəsi mühasibat uçotu peşəsini inkişaf etdirmək və Azərbaycanda ən yaxşı beynəlxalq təcrübələri tətbiq etməkdir ki, bu da iqtisadiyyatı mühasibat uçotu və maliyyə sahələrində ixtisaslı peşəkarlarla təmin edəcək.

"İştirak etdiyimiz layihələrin məqsədi insan kapitalını inkişaf etdirməklə və ona dəstək olmaqla işgüzar və investisiya mühitini genişləndirməkdir. Uzun illərdir ki, biz hökumət və universitetlərlə əməkdaşlıq edirik və bu da insan kapitalına investisiya etməkdə maraqlı olduğumuzu nümayiş etdirir", deyə İlqar Vəliyev sözlərinə yekun vurdu.

"The Economist" jurnalı tərəfindən təşkil edilmiş Azərbaycan İnvestisiya Sammiti ideya və praktikaların mübadiləsi məqsədilə hökumət və sənaye liderləri ilə təcrübə ilə paylaşmaq üçün böyük imkandır. Azərbaycanın sürətlənən iqtisadi inkişafının ekspertlər tərəfindən dərindən anlaşılması xarici və yerli liderlərə öz məqsədlərinə çatmağa kömək edəcək və bu da ölkənin davamlı inkişafına fayda gətirəcək.

Dövlətin inkişafı strategiyasının bir hissəsi olaraq EY işgüzar investisiya və insan kapitalının cəlb edilməsində köməklik göstərəcək innovativ mühitin yaradılmasında olduqca maraqlıdır.

EY haqqında

Universumun 2013-cü il üzrə "Dünyanın Ən Cəlbedici İşəgötürəni" sorğusuna uyğun olaraq EY dünyada peşəkar xidmətlər göstərən şirkətlər arasında ən cəlbedici işəgötürən olmuş və bütün işəgötürənlər arasında ikinci yer tutmuşdur.

EY audit, vergi və hüquq, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Almatı, Astana, Atırau, Kiyev, Donetsk, Daşkənd, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 20 ofisdə 4,600 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com.

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü ildə EY Azərbaycandakı fəaliyyətinin 20 illiyini qeyd edir. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160 işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti