...

DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2014 11:08 (UTC +04:00)
Ölkə otelçilərinin və restoratorların maraq və mənafelərinin təbliğ edilməsi və qonaqpərvərlik sənayesinin inkişafına yardım etməyi özünə prioritet hesab edən DAİR Hotellər və Restoranlar Assosiasiyası 17 Mart, 2014- cü il tarixində Jumeirah Bilgah Beach Hotelində təşkilatın İdarə Heyətinin növbəti iclasını keçirmişdir.
DAİR Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin növbəti iclası keçirilib (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Ölkə otelçilərinin və restoratorların maraq və mənafelərinin təbliğ edilməsi və qonaqpərvərlik sənayesinin inkişafına yardım etməyi özünə prioritet hesab edən DAİR Hotellər və Restoranlar Assosiasiyası 17 Mart, 2014- cü il tarixində Jumeirah Bilgah Beach Hotelində təşkilatın İdarə Heyətinin növbəti iclasını keçirmişdir.

Tədbirin gündəliyində bir sıra məsələlər əksini tapmışdırlar. Belə ki, İdarə Heyətinin yeni Üzvülərinin təsdiqi keçirilərək açıqlanmışdır. Bunlar: Aşurov Ağa, Babazadə Samir, İsmayılova Firuzə, Ağaəliyeva Dinarə, Vəlizadə Tahir, Səfiyev Samir, Məmmədov Namik, Ağayev Fuad, Pənəhova İlfanə, Quliyev Rəmiş, Soltanova Həbibə, Xəlilov Fikrət, Zeynalabdin Elçin və İsmayıllı Səbinə. İdarə Heyətində 1 yer yeni namizəd seçılənədək boş qalmışdır. Təşkilatın İdarə Heyətinin Sədri Babazadə Samir və Sədrin Müavinləri Ağayev Fuad və Zeynalabdin Elçin seçilmişdirlər.

İclas çərçivəsində bir neçə digər məsələlərdə müzakirə edilmişdirlər. Bunlar sırasında Assosiasiyanın fəaliyyət istiqamətləri və onların idarəedilməsi, üzvülük qaydaları və növləri, sərgilərdə fəallıq, təlim, tədris layihələri, beynəlxalq qurumlara üzvülük və s. Qərara alınmışdır ki, üzvülük qaydaları bir daha təhlil olunsunlar və ölkənin qonaqpərvərlik bazarının müasir tələblərinə cavab verən qaydada tətbiq edilsinlər.

İdarə Heyəti eyni zamanda qərara almışdır ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə müraciət edərək, onlarla görüşün keçirilməsini xahiş etsinlər.

Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyəti Jumeirah Bilgah Beach Hotelin Baş Meneceri Mete Atakumana və hotelin bütün personalına göstərdikləri qonaqpərvərliyə görə dərin təşəkkürünü bildirir.

www.dair.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti