...

Bank "ABB-Moskva" pul köçürmələr üzrə stimullaşdırıcı aksiyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 13:52 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə müəssisəsi olan Bank "ABB-Moskva" Novruz bayramı günlərində "İBA-Express" təcili pul köçürmə sistemi ilə aparılan əməliyyatların xidmət haqqını aşağı salıb.
Bank "ABB-Moskva" pul köçürmələr üzrə stimullaşdırıcı aksiyaya başlayıb

Azərbaycan, Bakı, 19 mart/Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə müəssisəsi olan Bank "ABB-Moskva" Novruz bayramı günlərində "İBA-Express" təcili pul köçürmə sistemi ilə aparılan əməliyyatların xidmət haqqını aşağı salıb.

ABB-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, martın 15-dən martın 30-dək "İBA-Express"sistemi ilə köçürmə aparan fiziki şəxslərdən köçürmə məbləğındən 0,5% xidmət haqqı tutulacaq. Bu endirimli xidmət haqqı 9001 rubl və ya 301 ABŞ dollarından az olmayan köçürmələrə tətbiq edilir.

Həmçinin "ABB-Moskva" bayram günlərində fiziki şəxslərə bank kartları üzrə güzəştli təkliflər təqdim edir. 15-30 mart tarixlərində köçürmə aparan fiziki şəxslərə Mastercard Maestro kartı pulsuz, Visa Classic və Mastercard Standard kartları isə illik xidmət haqqı 50% güzəşt ilə təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti