...

"Bank of Baku"nun müştəriləri borclarını bayram günləri də ödəyə biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2014 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

"Bank of Baku" müştərilərinin nəzərinə çatdırır ki, 20, 21, 22, 23 mart 2014-cü il tarixlərində bankda qeyri-iş günləridir.

Bankdan Trend-ə verilən məlumata görə, martın 24, 25 və 26-sı "Bank of Baku"da tam iş günləri olacaq. Müştərilər saat 09.00-dan 17.00-a qədər bank filiallarına müraciət edə bilərlər.

Eyni zamanda, bütün bayram günləri daxil olmaqla müştərilər ödənişlərini "Bank of Baku"nun terminalları, həmçinin MillliÖn və eManat terminalları vasitəsilə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti