...

AİB: Rusiyaya qarşı sanksiyalar Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 18:11 (UTC +04:00)
ABŞ, Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir edə bilməz.
AİB: Rusiyaya qarşı sanksiyalar Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

ABŞ, Avropa İttifaqı və digər ölkələrin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar hələlik Azərbaycan iqtisadiyyatına ciddi təsir edə bilməz. Trend-in məlumatına görə, bunu Asiya İnkişaf Bankının (AİB) baş iqtisadçısı Devid Oldfild cümə günü Bakıda keçirilən "Asian Development Outlook-2014" hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu sanksiyalardan daha çox əmtəə dövriyyəsi və əmək bazarı Rusiya ilə güclü olan ölkələr (Qazaxıstan, Qırğızıstan, Tacikistan) əziyyət çəkə bilər: "Azərbaycanın Rusiya iqtisadiyyatı ilə əlaqəsi daha aşağı səviyyədədir".

AİB-in Azərbaycandakı nümayəndəliyinin iqtisadçısı Nailə Vəliyevanın fikrincə, bu sanksiyalar Azərbaycan iqtisadiyyatı üçün o zaman ciddi fəsadlar törədə bilər ki, sanksiyaların güclənməsi neftin qiymətinin azalmasına səbəb olsun: "Bundan başqa, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi bu ölkədə işləyən azərbaycanlıların gəlirlərinə də təsir edəcək ki, bu da Rusiyadan pul köçürmələrinin həcmini azalda bilər. Nəticədə bu, ölkənin tədiyyə balansına təsir göstərə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti