...

ƏƏSMN tərəfindən 2951 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2014 12:22 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin birinci rübü ərzində ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.
ƏƏSMN tərəfindən 2951 nəfər işçi ilə əmək müqaviləsinin
bağlanılması təmin edilib

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin birinci rübü ərzində ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub.

ƏƏSMN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmçinin bu müddətdə işəgötürənlər və əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb.

Cari ilin yanvar-mart aylarında işçilərə ödənilməsi gecikdirilmiş ümumilikdə 153952 manat məbləğində sosial xarakterli ödəmələrin ödətdirilməsinə nail olunub. Həmin vəsaitlərin 143796 manatını əmək haqları, 7277 manatını zərərə görə ödənclər, 2879 manatını isə sosial müavinət və kompensasiyalar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti