...

Unibank-dan 1000-dən artıq tərəfdaşına xüsusi təklif

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 17:29 (UTC +04:00)
İndi Unibank-ın 1000-dən artıq ALBALI PLUS tərəfdaşının biznesi daha səmərəli olacaq. "Unibank" öz tərəfdaşları üçün yeni innovativ xidmətlər göstərməkdə davam edir.
Unibank-dan 1000-dən artıq tərəfdaşına xüsusi təklif

Azərbaycan, Bakı, 29 aprel /Trend/

İndi Unibank-ın 1000-dən artıq ALBALI PLUS tərəfdaşının biznesi daha səmərəli olacaq. "Unibank" öz tərəfdaşları üçün yeni innovativ xidmətlər göstərməkdə davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, bank tərəfindən xüsusi yaradılmış "Merchant Portal" biznes şirkətlərinin işini asanlaşdırmaqla yanaşı, hesabatların hazırlanmasına, satışın enmə və qalxmasını izləməyə imkan verəcək. Saytda yerləşdirilən satış nöqtələrində əməliyyat edən müştərilər, satış həcmləri, əməliyyatların növləri və digər mənbələr haqqında analitik məlumatlar şirkətlərə biznesin daha effektiv və səmərəli idarə edilməsinə yardımçı olacaq.

Bu portal vasitəsilə banka gəlmədən, iş yerindən sayta daxil olaraq, öz Login və Parolunuzu daxil etməklə müxtəlif növ və parametrli hesabatlar yükləmək olar. ALBALI PLUS partnyoru olan şirkət istədiyi vaxt portala daxil olaraq hesabatı əldə edə biləcək. Bunun üçün sadəcə Unibank-ın İnternet-bank xidmətinə qoşulmaq kifayət edər. Bu xidmətə qoşulmaq tamamilə pulsuzdur, sadəcə şirkətin hesab açdığı filiala yaxınlaşıb bu xidməti aktivləşdirmək mümkündür.

İnternet-bank sistemindən faydalanmaq üçün ən yaxın "Unibank" filialına yaxınlaşın və pulsuz olaraq bu imkanı əldə edin.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti