...

Azərbaycanda istehsalçılara buğda və çəltik əkininə görə 20 milyon manatdan çox yardım ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2014 12:41 (UTC +04:00)
Azərbaycanda 150 minə yaxın istehsalçıya buğda və çəltik əkininə görə 20 milyon manatdan çox yardım ayrılıb.
Azərbaycanda istehsalçılara buğda və çəltik əkininə görə 20 milyon manatdan çox yardım ayrılıb

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycanda 150 minə yaxın istehsalçıya buğda və çəltik əkininə görə 20 milyon manatdan çox yardım ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 1 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Fermerlərin nəzərinə çatdırılır ki, şəffaflığın tam təmin edilməsi məqsədilə onlar hər bir rayon və kəndlər üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrılıqda hər birinə veriləcək yardımın məbləği haqqında məlumatı kənd təsərrüfatı nazirliyinin saytının (www.agro.gov.az) Subsidiyalar bölməsindən əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti