...

Apreldə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər ikiqat artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2014 09:19 (UTC +04:00)
Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyata keçirilən sığorta ödənişlərinin məbləğində 26% artım müşahidə edilib.
Apreldə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər ikiqat artıb

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir İ.Xəlilova/

2014-cü ilin aprel ayı ərzində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2,056 sığorta tələbi üzrə 2,641,866 manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan məlumat verilib.

Keçən ay isə 1015 tələb üzrə 1,2 milyon manatdan çox vəsait ödənilib.

Aprel ayında ödənilmiş sığorta tələblərinin və həmin tələblər üzrə həyata keçirilmiş sığorta ödənişlərinin zərərin növü üzrə bölgüsü cədvəldəki kimi olub:

NV-nə dəyən zərər üzrə

Əmlaka dəyən zərər üzrə

Sağlamlığa dəyən zərər üzrə

Şəxsin ölümü üzrə

Cəmi

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

Say

Məbləğ

1,908

2,347,066

69

109,800

54

64,500

25

120,500

2,056

2,641,866

Ötən ilin müvafiq dövrü ilə müqayisədə həyata keçirilən sığorta ödənişlərinin məbləğində 26% artım müşahidə edilib.

2014-cü ilin aprel ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,230 manat təşkil edib.

Ümumilkdə yanvar-aprel ayları ərzində Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə 7,7 milyon manatdan çox sığorta ödənişi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti