Azərbaycan, Bakı, 5 may /Trend/
04 may 2014-cü il tarixində "Excelsior Hotel Baku"-nun "Aura" sağlamlıq mərkəzində tennis yarışı keçirilib. Yarış "Aura" sağlamlıq mərkəzinin bu idman növü üzrə məşqçisi Tahir Namazovun hakimliyi ilə baş tutub.
"AtaHolding"in bazar ertəsi yayadığı məlumata görə, yarışda qalib gələn iştirakçılara sertfikatlar, "AtaBank" ASC və "AtaSığorta" ASC-dən hədiyyələr təqdim olunub. "Aura" sağlamlıq mərkəzinin meneceri Şahin Qədimov stolüstü tennisin ən yaxşı idman növlərindən biri olduğunu bildirib. Stolüstü tennis oyunu orqanizmin müxtəlif sistemlərinə müsbət təsirini göstərir. Oyun zamanı oyunçunun hərəkətlərinin koordinasiyası, ürək-damar sisteminə yüngül təsir baş verir, tənəffüs orqanları, çeviklik və cavab reaksiyasının surəti, görmə qabiliyyəti, analitik bacarıqları, diqqəti cəmləşdirmək kimi cəhətləri inkişaf edir. Stolüstü tennis insanın müxtəlif orqanizm sistemlərinə müsbət təsir göstərməklə, həm də müsbət emosiyalar verir. Buna görə də, stolüstü tennis - hamı üçün oyundur!
Əlavə edək ki, "Aura" Sağlamlıq Mərkəzinə üzvlük abonementi əldə etməklə "Excelsior Hotel Baku"-nun "Aura" sağlamlıq mərkəzinə stolüstü tennislə məşğul olmaq mümkündür. Ətraflı məlumat üçün "Excelsior Hotel Baku"nun 496-78-02 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiz.
"Excelsior Hotel Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir.Mehmanxana 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks , 45 "Heritage" - standart, 9 "Duke" - kiçik otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.