Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu iyulun 4-dən Bakı-Krasnoyarsk-Bakı istiqamətində müntəzəm uçuşların icrasına başlayacaq.
Trend-in AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, aviareyslər cümə günləri həyata keçiriləcək.
Təyyarələr Bakıdan saat 05:45-də, Krasnoyarskdan isə 15:45-də (yerli vaxtla) havaya qalxacaq. Uçuşlar müasir və komfortlu "Boeing" tipli hava gəmiləri ilə həyata keçiriləcək.
Aviaşirkətin məlumatına görə, hər iki istiqamətə biletin dəyəri 540 manatı ötür.