Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.Əliyev/
Azərbaycan ilə Rusiya arasında bərə nəqliyyatının qaydaya salınması vacibdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə RF-nin iqtisadi inkişaf naziri Aleksey Ulyukayev bildirib.
Nazir deyib: "Azərbaycan Qazaxıstan ilə Türkmənistan arasında bərə nəqliyyatına malikdir və Rusiya ilə belə nəqliyyat infrastrukturunun olmaması qəribə görünür".
Onun sözlərinə görə, iki ölkə arasında bərə xəttinin açılması yük daşımaları zamanı nəqliyyat xərclərini xeyli azaldacaq: "Bu, ikitərəfli əməkdaşlığın dinamikasına müsbət təsir edəcək".