...

Traktorların işi ilə bağlı monitorinq qrupu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2014 17:23 (UTC +04:00)
Gəncə Avtomobil Zavodunda istehsal edilən və “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının və aqroservis filiallarının istifadəsinə verilən traktorların işinin səmərəli təşkili ilə əlaqədar respublikanın bütün bölgələrində monitorinqlərin keçirilməsi, traktorların istismarı müddətində baş vermiş nasazlıqların və onların yaranması səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə monitorinq qrupu yaradılıb.
Traktorların işi ilə bağlı monitorinq qrupu yaradılıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Gəncə Avtomobil Zavodunda istehsal edilən və "Aqrolizinq" ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarının və aqroservis filiallarının istifadəsinə verilən traktorların işinin səmərəli təşkili ilə əlaqədar respublikanın bütün bölgələrində monitorinqlərin keçirilməsi, traktorların istismarı müddətində baş vermiş nasazlıqların və onların yaranması səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə monitorinq qrupu yaradılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq qrupunun tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin, "Aqrolizinq"ASC-nin, Azərbaycan və Lənkəran Dövlət Maşın Sınaq stansiyalarının və Gəncə Avtomobil Zavodunun mütəxəssisləri daxil edilib.

Monitorinq zamanı traktorların istifadə olunduğu müddət, mexanizatorların peşəkarlığı, göstərilən texniki servis xidmətinin səviyyəsi və ehtiyat hissələrinin təchizatı ilə bağlı vəziyyət araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti