...

EY Azərbaycanda 21-ci Beynəlxalq Xəzər Neft-Qaz Konfransının sponsorudur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyun /Trend/

4 iyun 2014-cü il tarixində EY şirkətinin partnyoru və Azərbaycanda neft və qaz sahəsinin rəhbəri Turqay Teymurov Bakıda "Marriott Abşeron" mehmanxanasında keçirilmiş 21-ci Xəzər Neft-Qaz Konfransında "Neft və qaz layihələrinin davamlı inkişafı - beynəlxalq və milli neft şirkətlərinin üzləşdiyi çətinliklər və birgə maraqları" adlı təqdimatla çıxış etdi.

"Neft və qaz layihələri istehsalçı ölkələrin inkişafına güclü təsir göstərir. Əsas çətinliklərdən biri qısamüddətli iqtisadi faydaların maksimuma çatdırılması və layihə və ölkənin uzunmüddətli davamlı inkişafının təmin edilməsi arasında düzgün balansın tapılmasından ibarətdir. Uzunmüddətli uğurun çox vacib elementi yerli imkanları və bilikləri yaratmaqdır. ARDNŞ, BP və ölkədə fəaliyyət göstərən digər iri neft şirkətlərinin davamlı səyləri sayəsində Azərbaycan bu sahədə böyük tərəqqi etmişdir. Onu vurğulamaq istərdim ki, Azərbaycanın mütəxəssisləri, xüsusən də neft və qaz sahəsində, səriştə və biliklər baxımından həmişə yüksək qiymətləndirilib. Texniki sahələrdə peşəkarların inkışafına istiqamətlənmiş proqramlar ekspertlərimizə öz bacarıqlar toplusunu qoruyub saxlamağa və daha da inkişaf etdirməyə kömək edəcək. Nəticədə, bütün dünyada yerli istedadlarımıza tələbat yüksək olaraq qalacaq və ölkəmizin inkişafına öz töhfəsini verəcək", - deyə T.Teymurov bildirdi.

Xəzər Neft-Qaz Konfransı bütün dünyadan neft və qaz mütəxəssislərinin ənənəvi görüş yerinə çevrilməklə sənaye nailiyyətlərinin və Xəzər regionunda həyata keçirilən layihələrə olan marağın miqyasının parlaq nümunəsi kimi çıxış edir.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 20 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümüdür. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 160 işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti