...

Azərbaycan və AİB nəqliyyat-yol kompleksi üzrə əməkdaşlığı daha da genişləndirəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2014 19:27 (UTC +04:00)
Bu gün Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycan və AİB nəqliyyat-yol kompleksi üzrə əməkdaşlığı daha da genişləndirəcəklər

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Bu gün Nəqliyyat Nazirliyində Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, görüş zamanı nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yol-nəqliyyat kompleksində aparılan islahatlardan, görülən işlərdən, həmçinin həyata keçirilən iri regional layihələrdən və beynəlxalq əməkdaşlığın genişləndirilməsindən danışıb, nəqliyyat sahəsində görülən nəhəng işlər barədə ətraflı məlumat verib. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən nazir bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini vurğulayıb.

Z.Məmmədov Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında, eləcə də Dəmir yolunun inkişafı ilə bağlı Dövlət Proqramı çərçivəsində görülən işlər, yeni vaqonların və lokomotivlərin alınması, beynəlxalq standartlara uyğun yeni yolların çəkilməsi, mövcud yolların yenidən qurulması, həmçinin sərnişin və yük daşınmaları sahəsində görülən işlərdən danışıb və Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin artıq yekunlaşdırılmaq üzrə olduğunu bildirib.

Öz növbəsində, V.Janq AİB ilə ölkəmiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayıb.

Tərəflər bu mövzuda qarşılıqlı fikir mübadiləsi aparıblar, Asiya İnkişaf Bankı ilə nəqliyyat-yol kompleksinin bütün sahələri üzrə əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti