Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir E.Əliyev/
Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) Beynəlxalq Sığorta Şirkətinə (BSŞ) təkrar sığorta fəaliyyəti üzrə müddətsiz lisenziya verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə DSNX-nin rəhbəri Namiq Xəlilov bildirib.
O deyib: "Lisenziya şirkətə kapitalını minimum lazımi səviyyəyə çatdırdıqdan sonra verilib".
Beləliklə, BSŞ ölkədə təkrar sığorta fəaliyyətinə lisenziya verilmiş sayca 11-ci sığorta şirkəti oldu.
İlk icazələr 2014-cü ilin fevralında "Paşa Sığorta", "Meqa Sığorta", "AzSığorta", "Azərbaycan Sənaye Sığorta" və "Xalq Sığorta", daha sonra isə (mayın əvvlində) "Standard İnsurance", "Ata Sığorta", AXA MBASK, "İpək Yolu Sığorta" və "Paşa Həyat Sığorta" şirkətlərinə verilib.