...

Namiq Xəlilov: Azərbaycanda sığorta bazarının artım proqnozuna yenidən baxıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2014 12:12 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda sığorta bazarının artım proqnozuna yenidən baxıla bilər.
Namiq Xəlilov: Azərbaycanda sığorta bazarının artım proqnozuna yenidən baxıla bilər

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Z.Qurbanova/

2014-cü ildə Azərbaycanda sığorta bazarının artım proqnozuna yenidən baxıla bilər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəhbəri Namiq Xəlilov bildirib.

Bundan əvvəl Dövlət Xidməti ilin yekunu üzrə bazarın artımının təxminən 15-20 faiz təşkil edəcəyini gözlədiyini bildirmişdi.

N.Xəlilov deyib: "Bu proqnozlar tərtib olunan zaman Azərbaycan Mərkəzi Bankı müvafiq sığorta polislərinin əhəmiyyətli hissəsinin satışını təmin edən avtomobil alışı üzrə kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsinə dair qərarını dərc etməmişdi. Ona görə də mən bu proqnozun yerinə yetirilməyəcəyini istisna etmirəm".

O əlavə edib ki, ilin sonuna kimi hələ kifayət qədər vaxt var və bazar dirçəlməyə qadirdir.

Qeyd edək ki, 2013-cü ilin apreli ilə müqayisədə, ASMİS (avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası) üzrə polislərin sayı 16,9 faiz, bu növ üzrə yığımların həcmi isə 18,9 faiz azalıb.

Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. 15 şirkət İcbari Sığorta Bürosunun üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti