Azərbaycan, Bakı, 25 iyun /Trend/
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmlərinin yerləşdirilmə müddəti artırılıb.
Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Səhmdarlarının Ümumi Yığıncağının 20 may 2014-cü il tarixli iclasının qərarına əsasən, 25 noyabr 2013-cü il tarixdə AZ1003004582 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış səhmlərin yerləşdirilmə müddəti 25 iyul 2014-cü il tarixinə qədər uzadılıb.
Bununla əlaqədar sözügedən səhmlərin emissiya prospektinin 21.2-ci bəndinə aşağıdakı dəyişikliklər edilib və həmin dəyişikliklər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən nəzərə alınıb: "Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi 25 iyul 2014-cü il tarixidir".