...

Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmalar üzrə illik proqnozun təxminən 50 faizini yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2014 15:38 (UTC +04:00)
Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-iyun aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 732,81 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun təxminən 48 faizini təşkil edir.
Azərbaycan gömrüyü dövlət büdcəsinə daxilolmalar üzrə illik proqnozun təxminən 50 faizini yerinə yetirib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir Emin Əliyev/

Dövlət Gömrük Komitəsi (DGK) 2014-cü ilin yanvar-iyun aylarında gömrük rüsumları və vergilərinin yığılması hesabına dövlət büdcəsinə 732,81 milyon manat vəsait köçürüb ki, bu da illik proqnozun təxminən 48 faizini təşkil edir. Bu barədə Trend çərşənbə axşamı Komitənin rəsmi saytına istinadən məlumat verir.

Ötən ilin analoji dövrü ilə müqayisədə gömrük yığımlarından dövlət büdcəsinə daxilolmalar 14,53 faiz artıb.

Məlumata görə, yanvar-iyun aylarında gömrük rüsumlarından dövlət büdcəsinə daxilolmalar 184,47 milyon manat, idxal edilən malların əlavə dəyər vergisi 513,03 milyon manat, aksizlər 27,43 milyon manat, yol vergisi isə 7,88 milyon manat təşkil edib.

DGK-nın xətti ilə 2014-cü il üzrə ayırmaların proqnozu 1,52 milyard manat həcmində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti