...

Bakı Fond Birjası ADA Universitetinin təqaüd fonduna maliyyə dəstəyi göstərib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2014 16:59 (UTC +04:00)
"Bakı Fond Birjası" (BFB) QSC ADA Universitetinin yüksək akademik göstəricilər nümayiş etdirən tələbələri üçün təsis edilmiş təqaüd fonduna öz maliyyə dəstəyini göstərib.
Bakı Fond Birjası ADA Universitetinin təqaüd fonduna maliyyə dəstəyi göstərib

Azərbaycan, Bakı, 1 avqust /Trend/

"Bakı Fond Birjası" (BFB) QSC ADA Universitetinin yüksək akademik göstəricilər nümayiş etdirən tələbələri üçün təsis edilmiş təqaüd fonduna öz maliyyə dəstəyini göstərib.

BFB-dən Trend-ə verilən məlumata görə, 31 iyul 2014-cü il tarixində imzalanan anlaşmaya görə bu maliyyə dəstəyi 2014-2016-cı tədris ilində ADA Universitetinin Biznes İnstitutunun maliyyə bölməsində akademik göstəricilərinə görə seçilən bir bakalavr tələbəsinin təhsil xərclərinin qarşılanması üçün ayrılacaq.

Təqaüdün ayrılmasında məqsəd istedadlı və yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Bakı Fond Birjası gələcəkdə də ADA Universiteti ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti