...

"NBC Bank" təkrar kapitallaşmaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2014 18:36 (UTC +04:00)
Avqustun 21-dən Bakı Fond Birjasında (BFB) "NBC Bank" ASC-nin 10 milyon manat dəyərində adlı, sənədsiz, adi səhmlərinin emissiyası başlayır.
"NBC Bank" təkrar kapitallaşmaya başlayır

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Avqustun 21-dən Bakı Fond Birjasında (BFB) "NBC Bank" ASC-nin 10 milyon manat dəyərində adlı, sənədsiz, adi səhmlərinin emissiyası başlayır.

BFB-dən bazar ertəsi Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 243,60 manat olan 41 051 ədəd səhm buraxılıb. Yerləşdirmən son tarixi 17 fevral 2015-ci ildir.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Capital Management" MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi çərçivəsində bankın nizamnamə kapitalı 56,5 milyon manatadək artacaq ki, bu da iyulun əvvəlinə olan göstəricidən 21,5 faiz çoxdur, məcmu kapital isə 59,2 milyon manata çatdırılacaq.

Bankda hesab edirlər ki, ilin sonuna "NBC Bank"ın kapitalı ən azı 50 milyon manat təşkil edəcək ki, bu da Azərbaycan Mərkəzi Bankının minimum tələbinə uyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti