Azərbaycan, Bakı, 25 avqust /Trend/
İngiltərədə fəaliyyət göstərən, maliyyə məsələləri üzrə ixtisaslaşmış "Global Banking and Finance Review" nəşriyyat qrupu 2014-cü ildə "Amrahbank"ı "Mikro-Kiçik-Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı" elan edib.
Bankdan Trend-ə verilən məlumata görə, kiçik və orta sahibkarlıq bazarında iştirak payını möhkəmləndirmək, bu seqmentdə müştərilərinə yararlı olmaq son illərdə "Amrahbank"ın qəbul etdiyi strateji hədəflərindən biridir.
Kredit strategiyası üzrə hədəflərinə yeni yanaşma nümayiş etdirmiş "Amrahbank" son illərdə kredit resurslarını kiçik və orta sahibkarlığın inkişafına yönəltmiş və bu istiqamətdə yüksək nəticələr əldə etmişdir.
Təkcə onu demək kifayətdir ki, 2013-cü ilin kredit portfelində mikro-kiçik-orta sahibkarlara verilən kreditlərin həcmi 2012-ci illə müqayisədə 2 dəfədən çox olmuşdur.
Məlumat üçün bildiririk ki, İngiltərədə fəaliyyət göstərən "Global Banking and Finance Review" qrupunun internet portalının illik 200 ölkədən olan 1 milyondan çox oxucusu vardır. Portalın statistik məlumatlarına görə illik veb-səhifəni nəzərdən keçirilənlərin sayı 4.2 milyondur. 2013-cü ildə Azərbaycandan portal 4063 dəfə ziyarət olunmuşdur.
Mükafat alan banklar haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz:
http://www.globalbankingandfinance.com/global-banking-finance-review-awards-2014/
1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.
Hzırda bankın 22 filialı və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.