...

"AFB Bank" kapitalını 25 faizdən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2014 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "AFB Bank" ASC-nin 10,68 milyon manat dəyərində adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in bazar ertəsi Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1265 manat olan 8445 səhm qeydiyyata alınıb.

Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti