...

"Paşa Kapital" Azərbaycan brokerlərinin renkinqində liderliyə qayıdıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin avqust ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə liderliyə "Paşa Kapital" MMC qayıdıb.

Şirkət ümumi dəyəri 95,6 milyon manat olan broker xidmətləri göstərib. MMC iyul ayında altıncı pillədə qərarlaşmışdı. Bu barədə çərşənbə günü Trend-ə Bakı Fond Birjasından (BFB) məlumat verilib.

İkinci yeri ümumi həcmi 38,72 milyon manat olan broker xidmətləri göstərmiş "Brokdil-Az" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 35,29 milyon manatla "Texnika Kapital Menecment" MMC qərarlaşıb.

İyul ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə ilk dəfə olaraq "İnvest-AZ" MMC başçılıq etmişdi. Şirkət ümumi dəyəri 982,45 milyon manat olan broker xidmətləri göstərmişdi. İkinci yeri ümumi həcmi 977,5 milyon manat olan broker xidmətləri göstərmiş bazarın yeni iştirakçısı "PSG-Broker" tutmuşdu.

"İnvest-AZ" şirkəti "Cənub Qaz Dəhlizi" QSC-nin istiqrazlarının alıcı brokeri (ARDNŞ) seçilməsi sayəsində birinci yerə yüksəlmişdi. QSC 0,92 milyard dollar və 1,25 milyard dollar həcmində istiqrazların iki emissiyasını buraxıb.

2014-cü ilin avqustunda xidmətlərin həcmi üzrə qiymətli kağızlar bazarında brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əməliyyatların həcmi

(AZN)

1

6

Paşa Kapital

95 602 160,56

2

3

Brokdil-Az

38 712 777,50

3

4

Texnika Kapital Menecment

35 291 679,29

4

5

Çelsi Kapital

29 906 127,37

5

8

ADB Broker

11 517 801,50

6

9

YapıKrediİnvest

10 156 910,00

7

12

Xalq Kapital

9 089 869,00

8

7

UniCapital

248 326,00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti